İdman
Vinisiusdan forma istədi - Xain elan edildi
“Real Madrid”in hücumçusu Vinisius Junior- a qarşı irqçilikdə ittiham olunan “Benfika”nın hücumçusu Canluka Prestianni Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyunundan (1:2) sonra komanda yoldaşı Sidney Lopes Kabralın braziliyalıdan forma istəməsini tənqid edib.
Publika.az xəbər verir ki, AS Prestianninin sözlərini sitat gətirib: “Sidney matçın sonunda Vinisiusdan forma istədi… Biz bir həftədir bir-birimizi tənqid edirdik, o, ağlayan, yalan danışan uşaq kimi davranırdı və oyun bitən kimi ilk etdiyi şey forma istəmək oldu”.
Prestianni həmçinin Portuqaliya klubunun azarkeşlərinin sosial mediada şərhlərinə müsbət reaksiya verib. Onlar Kabralı “Madriddə qalmağa” və “Benfika”ya hörmət etməyə” çağırıblar.
UEFA daha əvvəl argentinalı yarımmüdafiəçini “Real Madrid”in hücumçusu Vinisius Junioru irqçi şəkildə təhqir etdiyinə görə müvəqqəti olaraq diskvalifikasiya etmişdi. Təşkilat hazırda hadisəni araşdırır.
-
Dünya16:03Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır
-
Rəsmi xronika15:52Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi
-
İqtisadi gündəm14:16Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
-
Elm və təhsil13:00Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
-
Dünya12:28Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir
-
İdman11:42"Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya
-
Sosial11:31May ayının istirahət günləri açıqlandı
-
ABŞ09:24Tramp atəşə tutulub, qonaqlar da şərab oğurlayıblar


































.png)



