MDB
Türk diplomat Rusiyadan Azərbaycanla bağlı mesaj verdi
Azərbaycan xalqı 34 il əvvəl çox böyük faciə ilə üzləşib.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyində keçirilmiş anım tədbiri çərçivəsində jurnalistlərə müsahibəsində deyib.
Səfir xatırladıb ki, Xocalı faciəsi zamanı 613 nəfər həyatını itirib, minlərlə insan yaralanıb: “Hələ də taleyi naməlum olan çoxlu sayda itkin insan var. Biz bu qətliamı o zaman da qınamışıq və bu gün də qınayırıq”, – deyə o vurğulayıb.
Tanju Bilgiç qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir: “Biz bir millət, iki dövlətik və hər zaman Can Azərbaycanın yanındayıq. Bundan əvvəl olduğu kimi, bundan sonra da Azərbaycan haradadırsa, biz də onun yanında olmağa davam edəcəyik”.
Səfir, həmçinin bildirib ki, bu gün Azərbaycan səfirliyində çox əhəmiyyətli bir tədbir təşkil olunub: “Biz yalnız itirdiyimiz insanları yad etmədik, eyni zamanda həmin bölgədə hazırda aparılan işlərlə də yaxından tanış olmaq imkanı əldə etdik. Fürsətdən istifadə edərək, həyata keçirilən işlərə görə Azərbaycan dövlətinə və səfirliyə təşəkkürümü bildirirəm”, - deyə Tanju Bilgiç vurğulayıb.
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi




































.jpg)
.jpg)