İdman
Xavi Laportanı ittiham etdi: Messinin qayıtması üçün hər şey razılaşdırılmışdı, amma o...
“Barselona”nın sabiq baş məşqçisi Xavi maraqlı açıqlama verib.
Publika.az xəbər ki, o, klub prezidenti Xuan Laportanın "Barsa"nın əfsanəsi Lionel Messinin qayıdışına mane olduğunu bildirib. Xavinin sözlərinə görə, argentinalı ulduzun transferi demək olar ki, razılaşdırılmışdı:
“2023-cü ilin yanvarında, Leo dünya çempionu olandan sonra onunla əlaqə saxladıq. O, mənə dedi ki, “Barselona”ya qayıtmaq istəyi var. Mən onu komandada görürdüm”, – deyə Xavi bildirib.
O qeyd edib ki, daha sonra klub prezidenti Messinin atası Xorxe Messi ilə müqavilə üzrə danışıqlara başlayıb və hətta liqa rəhbərliyindən də icazə alınıb. Lakin sonda prosesi məhz Laporta dayandırıb.
“Laporta mənə dedi ki, Leo qayıtsa, ona qarşı əsl müharibə başlayacaq və o, buna imkan verə bilməz. Bundan sonra Leo zənglərimə cavab vermədi. Çünki digər tərəfdən artıq bunun mümkün olmadığı bildirilib. Mən atasına zəng edib dedim: "Belə ola bilməz, Xorxe". O isə "Prezidentlə danış" cavabını verdi”, – deyə Xavi əlavə edib.
Sabiq baş məşqçi əlavə edib ki, transfer üzərində təxminən beş ay işlənilib və plan demək olar hazır idi:
“Futbol baxımından heç bir şübhə yox idi. Maliyyə baxımından isə biz “Monjuik” stadionunda oynayacaqdıq və əsl "son rəqs" təşkil edəcəkdik - Maykl Cordan kimi. Hər şey hazır idi”.
Heybət
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir





























.png)


.jpg)



