İdman
Ulduz futbolçu qonşularını qəzəbləndirdi: Dronla mənzilləri izləyir? - FOTO
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri yaşayış binasından dron uçurduğuna görə qalmaqalın mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
29 yaşlı futbolçu Mançester yaxınlığındakı Salford şəhərində yerləşən çoxmərtəbəli binanın penthausunda yaşayır. “Qızıl top” mükafatının qalibinin qonşuları dron uçurduğuna görə ondan polisə şikayət ediblər. Onların sözlərinə görə, futbolçunun hobbisi şəxsi həyatın toxunulmazlığını pozur.
Sakinlər bildirirlər ki, dron dəfələrlə onların mənzillərinin qarşısında dayanıb. Onlar kameranın mənzillərin içində baş verənləri çəkə biləcəyindən ehtiyat edirlər. Sakinlərdən biri jurnalistlərə deyib ki, televiziya izləyərkən dronu özündən cəmi bir metr məsafədə görüb.
“Mənim həyat yoldaşım çox qorxub. Bu qədər hündür mərtəbədə yaşayanda heç olmasa müəyyən qədər şəxsi məkan gözləyirsən. Amma indi faktiki olaraq Rodrinin dronu bizi izləyir”, – deyə o şikayət edib.
Bəzi sakinlər pilotsuz uçuş aparatlarının istifadəsi qaydalarının və şəxsi həyatın toxunulmazlığı ilə bağlı qanunların pozulması ehtimalı ilə bağlı artıq polisə rəsmi müraciət də ediblər.
Mançester polisi Rodrinin qonşularından müraciət aldıqlarını və hazırda araşdırma apardıqlarını bildirib. Hüquq-mühafizə orqanları mövcud qanunvericiliyin tələblərinə əməl olunub-olunmadığını müəyyənləşdirmək üçün futbolçu ilə söhbət aparmağı planlaşdırır.
Xatırladaq ki, Rodri 2019-cu ildən “Mançester Siti”də çıxış edir. “Şəhərlilər” yarımmüdafiəçinin transferi üçün “Atletiko” klubuna 70 milyon avro ödəyib. 2024-cü ildə ispaniyalı futbolçu nüfuzlu “Qızıl top” mükafatının sahibi olub.
Heybət

-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir





























.png)


.jpg)



