İdman
"Barselona" Nyukaslda bu oteldə qalır: Bu nədir, “Harri Potter”dir? - Fotolar
“Barselona” futbolçuları Nyukaslda şəhərin eyni adlı komandasına qarşı keçirəcəkləri Çempionlar Liqasının 1/4 final mərhələsinin oyun öncəsi qaldıqları otelə təəccübləniblər.
Publika.az xəbər verir ki, futbolçular hətta məkanı “Harri Potter” filmlərindəki məşhur sehr məktəbi ilə müqayisə ediblər.
Kataloniya təmsilçisi Nyukasl yaxınlığında yerləşən "Matfen Hall Hotel Golf & Spa" otelində məskunlaşıb. Bu, dəbdəbəli və tarixi malikanədir. Otelin binası və interyeri həqiqətən də qeyri-adi görünür. Möhtəşəm zallar, qədim memarlıq və uzun dəhlizlər məşhur film seriyasının dekorasiyalarını xatırladır.
Yarımmüdafiəçi Qavi zarafatla bildirib ki, komandaya elə gəlib ki, sanki Hoqvartsda olublar. Sosial şəbəkələrdə yayılan videoda futbolçular binanın atmosferinə təəccüblənir və zarafatla “Bu nədir, “Harri Potter”dir?” deyirlər.
“Barselona” növbəti oyuna daha yaxşı hazırlaşmaq üçün Bilbao şəhərindəki matçdan sonra Nyukasla gəlib. Əlavə istirahət və rahat yaşayış şəraiti komandanın vacib görüş öncəsi bərpa olunmasına kömək etməlidir.
Otelin fotoları qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və azarkeşlər bu məkanı “Harri Potter” kainatındakı əfsanəvi sehrbazlar məktəbi ilə müqayisə etməyə başlayıblar.
Heybət



-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir





























.png)


.jpg)



