İdman
Bəqai qadın futbolçulara səsləndi: “Qorxmayın, sizi açıq qollarla gözləyirik”
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi milli komandanın qadın oyunçularını ölkəyə qayıtmağa çağırıb.
Publika.az xəbər verir ki, bundan əvvəl İran dövlət televiziyasının aparıcısı Məhəmməd Rza Şahbazi İranın qadınlardan ibarət milli komandasını dövlət himnini oxumadığına görə tənqid etmişdi: “Müharibə dövründə xainlərlə daha sərt davranılmalıdır”. Bundan sonra FIFPro FIFA və Asiya Futbol Konfederasiyasından (AFC) qadın milli komanda oyunçularının təhlükəsizliyini təmin etmələrini istəmişdi.
Bildirilir ki, beş iranlı qadın futbolçu Avstraliya polisinin köməyi ilə komandanın düşərgəsindən qaçıb. Onlara humanitar viza verilib. Daha sonra məlum olub ki, daha iki qadın futbolçu Avstraliyadan sığınacaq istəyib.
“Tomaqavk”ların ikiqat hücumu nəticəsində 165-dən çox günahsız iranlı məktəbli qız öldürülüb. İndi isə idmançılarımızı “xilas etmək” bəhanəsi ilə girov götürmək istəyirlər?
İranın qadın futbol komandasına: narahat olmayın. İran sizi açıq qollarla gözləyir”, – Baqai “X”də yazıb.
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir





























.png)


.jpg)



