İdman
İran idmançılara qadağan etdi: Bu ölkələrə getməyi
İran hakimiyyəti idman komandalarının düşmən hesab edilən ölkələrə səyahət etməsini qadağan edib.
Publika.az xəbər verir ki, İran İdman Nazirliyi bu qərarı iranlı idmançıların təhlükəsizliyi ilə bağlı narahatlıqla izah edib.
Lakin girişin qadağan olunduğu konkret ölkələrin adı açıqlanmayıb.
Nazirliyin mətbuat xidmətinin “Reuters” agentliyinə verdiyi açıqlamada deyilir: "Düşmən hesab edilən və İran idmançılarının və komanda üzvlərinin təhlükəsizliyini təmin edə bilməyən ölkələrdə milli və klub komandalarının iştirakı növbəti xəbərdarlığa qədər qadağandır".
Nazirlik həmçinin əlavə edib ki, klublar və İran Futbol Federasiyası oyun məkanlarının köçürülməsi barədə Asiya Futbol Konfederasiyasına məlumat verməlidir.
Xatırladaq ki, İran milli komandası 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Kubokuna vəsiqə qazanıb. Qrup mərhələsində iranlıların Yeni Zelandiya, Belçika və Misirlə qarşılaşması planlaşdırılır və bütün oyunlar ABŞ-da keçiriləcək.
Daha əvvəl İran Futbol Federasiyasının prezidenti Mehdi Tac 2026-cı il Dünya Kubokunun qrup mərhələsi oyunlarının Meksikaya köçürülməsi ilə bağlı danışıqların aparıldığını açıqlamışdı.
-
Rəsmi xronika16:50İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"







































