İdman
"Qarabağ"ın qapıçısı ABŞ-dan gələn təklifi rədd etdi
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski ABŞ-nin MLS Liqasına transfer imkanını rədd edib.
Publika.az xəbər verir ki, 25 yaşlı qolkiper bu barədə “sport.pl” nəşrinə müsahibəsində bildirib.
Polşalı oyunçu karyerasını Avropada davam etdirmək istədiyini söyləyib:
“Avrokuboklarda oynamaq niyyətindəyəm. Məni burada çıxış edən klublar maraqlandıracaq. Bu səbəbdən MLS-ə transfer imkanını rədd etdim. Oradan sorğular var idi. Harada oynayacağımı bilmirəm, çünki buna bir neçə məsələ təsir edəcək. Arzum İngiltərə Premyer Liqasıdır. Lakin ehtiyat qapıçı olacağım komandaya getməyəcəm. Oynamaq və bir nömrə olmaq istəyirəm. Məni yalnız bu maraqlandırır”.
Koxalski UEFA Çempionlar Liqasında “Napoli”yə qarşı keçirdikləri matça xüsusi toxunub:
“Məğlubiyyətə baxmayaraq, bu qarşılaşmanı yaxşı xatırlayacam. Uduzduğumuz oyundan sonra heç vaxt razı qalmıram. Amma həmin vaxt çox müsbət şeylər baş verdi. Bir neçə yaxşı qurtarışım oldu. Təkcə yaxınlarımdan yox, başqalarından da təbriklər aldım. Matçdan sonra “Napoli”nin məşqçilər korpusundan bir nəfərlə danışdım. Məni təriflədi, Dedi ki, belə davam edim və inkişafdan qalmayım, çünki məni izləyəcəklər. Bu çox böyük motivasiya oldu”.
Mateuş Koxalski 2024-cü ilin avqustundan “Qarabağ”da çıxış edir.
-
Magazin220:48Konsertinə gələn tamaşaçı sayını eşidib şoka düşdü - FOTO
-
Hadisə20:24Bakıda kütləvi dava baş verdi - ANBAAN VİDEO
-
ABŞ19:12Sərçə sayəsində milyonçu oldu
-
Magazin218:48Nəsrin Cavadzadə bu gün onunla evlənir - FOTO
-
ABŞ16:08ABŞ-da faciə - Turnirə gedən klubun oyunçuları qəzada öldü
-
MDB16:00Peskovdan xəbərdarlıq - Kiyevin Rusiyaya hücumları bütün dünyaya zərər verə bilər
-
Region15:43İranda etirazçıların edamı davam edir - 28 yaşlı gənc asıldı(FOTO)
-
ABŞ15:35Trampın reytinqi rekord səviyyədə aşağı düşdü - İran amilinə görə?

























.png)

.jpg)






