İdman
Tofiq Musayev bu gecə oktaqona çıxacaq
ABŞ-ın Sietl şəhərində keçiriləcək UFC turniri öncəsi rəsmi çəkiölçmə mərasimi baş tutub.
Publika.az xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün diqqət mərkəzində isə təmsilçismiz Tufiq Musayev yer alıb.
Yüngül çəkidə çıxış edən Musayev rəqibi İqnasio Bahamondes ilə eyni çəki göstərib – 70,3 kq. Bu, döyüşün rəsmi olaraq baş tutacağını təsdiqləyib və azərbaycanlı döyüşçünün UFC-də növbəti çıxışı üçün bütün maneələri aradan qaldırıb.
Turnir martın 29-na keçən gecə təşkil olunacaq. Onun da iştirak edəcəyi ilkin görüşlər Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
Əsas kart Bakı vaxtı ilə saat 04:00-da start götürəcək. Gecənin əsas döyüşündə orta çəkidə keçmiş çempion İsrail Adesanya ilə Co Payfer üz-üzə gələcək. Hər iki döyüşçü çəkiölçmədə 84,36 kq nəticə göstərib.
Kardın ikinci ən vacib qarşılaşmasında isə qadınlar arasında keçmiş çempion Aleksa Qrasso (57,15 kq) ilə Meysi Barber (56,69 kq) döyüşəcək.
Digər əsas döyüşlərdə Maykl Kiesa – Niko Prays, Culian Erosa – Lerreyen Daqlas və Mansur Abdul-Malik – Yusri Belqarui cütləri yer alır.
Bununla belə, Azərbaycan azarkeşləri üçün gecənin əsas maraq nöqtəsi məhz Tufiq Musayevin çıxışı olacaq. Onun qələbəsi UFC-də mövqeyini daha da gücləndirə və gələcəkdə daha böyük döyüşlərə yol aça bilər.
-
Rəsmi xronika16:50İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"







































