İdman
Kamilo Duran Azərbaycan futbolunun tarixinə belə düşdü
Azərbaycan Premyer Liqasının 26-cı turu Kamilo Duranın het-triki ilə əlamətdar olub.
Publika.az PFL-ə istinadən xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı hücumçusu “Karvan-Yevlax”la qarşılaşmada (7:0) üç qola imza atıb.
Bu, mövsümün 3-cü het-triki olub. Bunadək onun komanda yoldaşı Toral Bayramov 5-ci turda “Araz-Naxçıvan” (5:0), “Qəbələ”nin legioneri Domi Massumo 18-ci turda “İmişli” (3:2) ilə görüşdə belə uğura imza atıb.
Kolumbiyalı hücumçu Azərbaycan çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner statuslu futbolçu kimi düşüb. O, belə uğura imza atan ilk kolumbiyalıdır.
Bu, Amerika qitəsindən olan futbolçuların 9-cu het-trikidir. Braziliyalılar Junivan Suareslə Reynaldo Silva hərəyə 2, onların həmyerliləri Andre Sinyaşiki, argentinalı Xuan Manuel Varea, uruqvaylı Valter Quqlemon, salvadorlu Nelson Bonilya 1 matçda 3 qola sevinib. Azərbaycan millisində forma geyinmiş braziliyalı Leandro Qomeşin də bir qarşılaşmada 3 qol vurduğunu nəzərə alsaq, Amerikadan olan futbolçuların het-trik sayı 10-a çatıb.
Heybət
-
Qoroskop00:00Günün ULDUZ FALI - Emosiyalar sizi bir az sarsıda bilər
-
Magazin12 May 23:12Manana Çaparidze bağını nümayiş etdirdi - FOTO
-
Kriminal2 May 22:12Azərbaycanda toyda qan töküldü - Qardaşlar...
-
Region2 May 21:48Nərgiz Məhəmmədi həbsxanadan xəstəxanaya yerləşdirildi
-
İdman2 May 21:36Xanım azarkeşlər üçün forma hazırlandı - FOTO
-
Sosial2 May 21:00Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO
-
Magazin22 May 20:24Bülent Ərsoy reklam qonorarı ilə rekord qırdı
-
Magazin12 May 19:24"Atışma səsləri, alovların içindən keçdik" - Ölümlə üz-üzə qaldılar



























.png)

.jpg)






