Bu klubun azarkeşləri Alonsonun xanımını hədəfə aldılar: Nə istəyirlər? - FOTOLAR
Bizi izləyin

İdman

Bu klubun azarkeşləri Alonsonun xanımını hədəfə aldılar: Nə istəyirlər? - FOTOLAR

Bu klubun azarkeşləri Alonsonun xanımını hədəfə aldılar: Nə istəyirlər? - FOTOLAR

Xabi Alonso “Bayer Leverkuzen”dən ayrıldığı vaxt "Liverpul"da artıq Arne Slot çalışırdı. İspaniyalı mütəxəssis daha sonra "Real"ın başına keçdi, lakin burada bir ildən də az müddətdə çalışdı. Slot isə çempionluq və böyük transfer xərclərindən sonra “Liverpul”u Çempionlar Liqasına düşmək uğrunda mübarizə aparan komandaya çevirdi.

Publika.az xəbər verir ki, “qırmızılar”ın azarkeşləri niderlandlı məşqçinin işindən narazıdır. Son məyusluq "Mançester Siti"yə qarşı İngiltərə Kubokunun 1/4 finalında alınan 0:4 hesablı ağır məğlubiyyət olub. Oyundan sonra “Liverpul” azarkeşləri "Etihad" stadionunu tərk edərkən Alonso haqqında şüarlar səsləndiriblər.

Ceymi Karrager hesab edir ki, azarkeşlərin Slota münasibətinə Alonso faktorunun özü təsir edir:
“Premyer Liqada artıq çempionluq qazanmış məşqçiyə alternativ kim olacaq? "Liverpul" azarkeşləri üçün bütün yollar Alonsoya aparır. Əgər Xabi əlçatan olmasaydı, bu mövsüm uğursuzluq olacağı halda Slota daha bir il şans verməyə hazır olanların sayı çox olmazdımı? Düşünürəm ki, olardı. Mən də bu vəziyyətə məhz belə baxıram”.

Azarkeşlər Alonsoya olan simpatiyalarını yalnız stadionda deyil, sosial şəbəkələrdə də göstərirlər. Onlar ispan mütəxəssisi “Enfild”ə qayıtmağa çağırır, hətta onun həyat yoldaşı Naqore Aranburuya da mesajlar yazırlar.

Şərhlərdə yalnız "Liverpul" azarkeşləri deyil, "Real" tərəfdarları da aktivdir. Onların bir çoxu Xabi Alonso üçün darıxdıqlarını yazır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm