İdman
8 yaşlı futbolçu faciəvi şəkildə öldü
"Torino" akademiyasının 8 yaşlı futbolçusu İsmayıl Pistis yol-nəqliyyat hadisəsində faciəvi şəkildə həyatını itirib.
Publika.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb.
Hadisə Pasxa bayramı günü, aprelin 5-də baş verib. Pistis atası Marko ilə birlikdə Turin–Pyaçenza avtomobil yolunda motosikletlə hərəkətdə olarkən avtomobil onlara çırpılıb. Zərbədən sonra onlar idarəetməni itirərək qoruyucu baryerə çırpılıblar.
Gənc futbolçunun atası yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.
“Torino” klubunun açıqlamasında deyilir: “O, daim gülümsəyən, hamıya sevinc və qayğısızlıq bəxş edən xoşbəxt uşaq idi. İsmayıl hər zaman nəzakətli, səliqəli və hörmətcil idi”.
Heybət
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq






.jpg)








.jpg)



















