İdman
Orban azarkeşlə əlbəyaxa oldu - VİDEO
“Verona”nın hücumçusu Qift Orban İtaliya A Seriyasının 33-cü turunda “Milan”a məğlubiyyətdən sonra (0:1) azarkeş ilə baş verən dava ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, insident stadionun yaxınlığındakı dayanacaqda yaşanıb. Qəzəbli azarkeşlərdən biri nigeriyalı hücumçunun avtomobilinə zərbə endirib. Orban bu hərəkəti qəbul etməyərək maşından düşüb və bu da tərəflər arasında davaya səbəb olub.
“Verona” klubundan hadisə ilə bağlı qısa açıqlama verilib və klub zorakılığın bütün formalarını qəti şəkildə pislədiyini, hadisədən uzaq durduğunu bildirib. Klub insidenti araşdırmağa davam edəcəyini açıqlayıb.
Orban Almaniyanın “Hoffenhaym” klubundan cari mövsümün sonuna qədər icarə əsasında “Verona”ya keçib. Müqavilədə satınalma opsiyası da mövcuddur. "Transfermarkt" onun dəyərini 10 milyon avro olaraq qiymətləndirir.
23 yaşlı futbolçu indiyə qədər “Verona” forması ilə 29 oyunda 7 qol və 3 assist edib.
Qeyd edək ki, “Verona” 18 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. “Milan” isə 66 xalla ikinci sıradadır.
Heybət
اجم هيلاس فيرونا غيفت أوربان، بعد الهزيمة أمام ميلان، كان متوترًا جدًا ورفض التوقف مع الجماهير لالتقاط الصور، لكن أحد المشجعين قام بضرب سيارته، مما دفع المهاجم النيجيري إلى النزول من السيارة والدخول في شجار معه والاعتداء عليه #SerieA #SerieAEnilive pic.twitter.com/Zasc6oakjb
— Arte Del Calcio (@ArteDelCalcio) April 19, 2026
-
Magazin120:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin118:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
-
MDB14:47Kiyevin vurulmasına Dövlət Dumasından reaksiya: "Ukraynanı xəritədən silə bilərik!"
-
Region14:30İran polisindən Azərbaycan konsulunun həlak olduğu qəza ilə bağlı açıqlama
























.jpg)










