İdman
"Nyukasl" "Qarabağ"ın qənimini bu qiymətə satmağa hazırdır
“Nyukasl” vingeri Entoni Qordonun transferini müzakirə etməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 25 yaşlı ingilis futbolçu üçün minimum 86 milyon avro tələb olunur. Qordonla “Liverpul” və “Arsenal”ın maraqlandığı qeyd edilsə də, əsas namizəd kimi "Bayern” göstərilir. Yaxın vaxtlarda futbolçunun nümayəndələri ilə Almaniya təmsilçiləri arasında danışıqların aparılması gözlənilir.
Qeyd olunur ki, “sağsağanlar” futbolçunun mümkün satışından təxminən 90-100 milyon avro gəlir əldə etmək istəyir.
Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalına görə, futbolçunun bazar dəyəri 60 milyon avro təşkil edir.
Cari mövsümdə Entoni Qordon bütün turnirlərdə 45 oyunda iştirak edib, 17 qol vurub və 5 məhsuldar ötürmə verib. O, Azərbaycan çempionu "Qarabağ"la UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda (6:1) poket edərək (4 qol) komandasının növbəti mərhələyə yüksəlməsində böyük pay sahibi olmuşdu.
Müəllif: Heybət
-
MDB08:24Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
-
İdman08:12Almaniya dünya çempionatlarında rekord qırdı
-
Magazin206:16Neslihan 3 ildən sonra qayıdır
-
Magazin201:11Dua Lipa gəlinlik paltarını nümayiş etdirdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZFALI - Gözlənilməz uğurlarla qarşılaşa bilərsiniz
-
Kriminal20 İyun 23:48Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü
-
İdman20 İyun 23:36Qurban Qurbanov təsdiqlədi: “Çox ciddi danışıqlar gedir”
-
Magazin120 İyun 23:12Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO








.jpg)


.jpg)























