İdman
"Barselona" indi də "ikinci əl bazarı"na girir
“Barselona” ikinci əl bazarına daxil olmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə İspaniyanın "Sport" nəşri məlumat yayıb.
"Barca Innovation Hub" yerli "Drelife" startapının rəsmi sponsoru olub. Bu əməkdaşlıq Kataloniya klubuna “Barselona” formalarının ikinci əl satışını nəzarət altına almağa imkan verəcək. İndiyə qədər bu satışlar klubun nəzarətindən kənarda həyata keçirilirdi.
Yeni sistem vasitəsilə klub təkcə satış həcmlərini izləməyəcək, eyni zamanda geniş məlumat bazasını analiz edəcək. Azarkeşlərin üstünlükləri, kolleksiyaçı profilləri və konkret formaya olan tələbat kimi göstəricilər araşdırılacaq.
Klub rəhbərliyi hesab edir ki, ikinci əl idman məhsulları bazarı qlobal miqyasda sürətlə böyüyür və hər il milyardlarla avro gəlir gətirir. Buna baxmayaraq, bu sahə indiyədək klublar tərəfindən tam qiymətləndirilməyib.
"Barca Innovation Hub"un rəhbəri Anhel Riudalbas bildirib ki, bu təşəbbüs klub üçün yeni biznes istiqamətləri açacaq və pərakəndə satış ekosistemini daha effektiv və gəlirli modelə çevirəcək.
Müəllif: Heybət
-
MDB08:24Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
-
İdman08:12Almaniya dünya çempionatlarında rekord qırdı
-
Magazin206:16Neslihan 3 ildən sonra qayıdır
-
Magazin201:11Dua Lipa gəlinlik paltarını nümayiş etdirdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZFALI - Gözlənilməz uğurlarla qarşılaşa bilərsiniz
-
Kriminal20 İyun 23:48Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü
-
İdman20 İyun 23:36Qurban Qurbanov təsdiqlədi: “Çox ciddi danışıqlar gedir”
-
Magazin120 İyun 23:12Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO








.jpg)


.jpg)























