İdman
Buntiç dava-dalaşdan danışdı: Hamı gördü ki...
"Matça yaxşı başlamışdıq. Lakin qırmızı vərəqədən sonra vəziyyət dəyişdi. Təbii ki, rəqib güclüdür və belədə 10 nəfərlə mübarizə aparmaq çətin idi".
Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Fabian Buntiç Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sabah”la oyununu (1:2) dəyərləndirərkən deyib. Jurnalistlərin suallarını cavablandıran almaniyalı qapıçı məğlubiyyətə rəğmən yaxşı çıxış etdiklərini bildirib:
"Azlıqda qalmağımıza baxmayaraq, komanda əlindən gələni etdi. Yaxşı mübarizə apardıq. Hesabda önə də keçdik. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Rəqib böyük qüvvə ilə irəli atılmışdı. Ümumilikdə pis müdafiə olunmurduq. Sadəcə rəqibin vurduğu ilk qol bir qədər uğursuz oldu".
Həmkarı Mateuş Koxalskinin qırmızı vərəqə almasından sonra meydana çıxan Buntiç həmin an meydana çıxmağa hazır olduğunu bidlirib:
"Belə halla heç kim istəməz üzləşsin. Azlıqda qalmağımız heç də xoş deyildi. Ama mən hazır idim. Ümumiyyətlə, həmişə hazır olmalısan. Bəzən belə gözlənilməz hadisələr yaşanır. Desəm ki, hər şey ideal idi, yalan olar. Özümü narahat hiss etmirdim. Sadəcə nə qədər əlindən gələni etsən də, praktikanın azlığı müəyyən anlarda çətinliklər yaradır.".
Maçtın sonundakı mübahisəli penalti epizodunu şərh edən qapıçı bu sözləri deyib:
"Ümumiyyətlə şərhə ehtiyac yoxdur. Çünki hamı gördü ki, top ələ dəymişdi. Təmiz penalti idi".
Matçdan sonra baş verən qarşudurmanı isə qısa şəkildə şərh edib:
"Hər şey göz qabağında idi. Hakim səhvləri yekunda gətirib belə hallara çıxarır".
Heybət
-
Kriminal18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Ekologiya17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
-
MDB14:47Kiyevin vurulmasına Dövlət Dumasından reaksiya: "Ukraynanı xəritədən silə bilərik!"
-
Region14:30İran polisindən Azərbaycan konsulunun həlak olduğu qəza ilə bağlı açıqlama
-
MDB13:44Kiyev "Oreşnik"lə belə vuruldu - VİDEO
-
Ekologiya13:03Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq
-
Hadisə11:27Vətən müharibəsi qazisi vəfat etdi - FOTO





































