İdman
"Bayern"in ulduzu təsdiqlədi: DÇ-2026-nı buraxacaq
“Bayern”in vingeri Serj Qnabri 2026-cı il dünya çempionatını buraxacağını təsdiqləyib.
Publika.az xəbər verir ki, o, ciddi zədə səbəbindən turnirdə iştirak edə bilməyəcək.
Ötən şənbə klubunun açıqlamasında cinah oyunçusunun məşq zamanı sağ budunun daxili əzələsindən (adduktor) yırtıq xəsarəti aldığı bildirilib. İlkin məlumatlar da 30 yaşlı futbolçunun mundialı qaçıra biləcəyini göstərirdi.
Qnabri indi isə ən pis ehtimalları təsdiqləyib və dünya çempionatı xəyalının sona çatdığını açıqlayıb. O, “İnstaqram” paylaşımında yazıb:
“Son günləri qəbul etmək çox çətin oldu. “Bayern”də Bundesliqa titulunu qazandıqdan sonra bu mövsüm hələ qarşıda çox şey var.
Almaniya millisilə dünya çempionatı arzusu isə təəssüf ki, mənim üçün bitdi. Ölkənin qalan hissəsi kimi mən də komandanı evdən dəstəkləyəcəyəm.
İndi əsas diqqətim sağalma və gələn mövsümə hazırlaşmaqdır. Bütün mesajlar üçün təşəkkür edirəm”.
Heybət
-
Kriminal18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Ekologiya17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
-
MDB14:47Kiyevin vurulmasına Dövlət Dumasından reaksiya: "Ukraynanı xəritədən silə bilərik!"
-
Region14:30İran polisindən Azərbaycan konsulunun həlak olduğu qəza ilə bağlı açıqlama
-
MDB13:44Kiyev "Oreşnik"lə belə vuruldu - VİDEO
-
Ekologiya13:03Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq
-
Hadisə11:27Vətən müharibəsi qazisi vəfat etdi - FOTO





































