İdman
Hakan Çalhanoğlunun "İnter"dəki taleyinə aydınlıq gəldi
"İnter" yarımmüdafiəçi Hakan Çalhanoğlunu 2026/27 mövsümündə də komandada saxlamaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə "FCInter1908" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 32 yaşlı futbolçu ilə müqavilənin uzadılması üzrə razılıq əldə olunmayıb. Bu qərar tərəflər arasında bir növ kompromis kimi qiymətləndirilir. Çalhanoğlu hazırda illik 6,5 milyon avro maaş aldığı müqaviləyə bərabər və ya daha yaxşı şərtlərlə qalmaq istəyirdi. Lakin klubun gənc futbolçulara üstünlük verməsi və 30 yaşdan yuxarı oyunçularla müqavilələrin uzadılmasına qoyulan sərt məhdudiyyətlər buna imkan verməyib.
Vəziyyətin açıq münaqişəyə çevrilməməsi üçün tərəflər mövcud şərtlərlə davam etmək barədə razılığa gəliblər. Beləliklə, Hakan Çalhanoğlu hazırkı sözləşməsinin sonuna qədər komandada qalacaq. Gələcəkdə şərtlər dəyişərsə və futbolçu maaşında endirimə razı olarsa, yeni müqavilə ehtimalı açıq qalır.
Qeyd edək ki, türkiyəli yarımmüdafiəçi 2021-ci ilin iyulundan "İnter"də çıxış edir. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir. Cari mövsümdə 30 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt" portalına görə, futbolçunun transfer dəyəri 18 milyon avro təşkil edir.
Heybət
-
Kriminal18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Ekologiya17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
-
MDB14:47Kiyevin vurulmasına Dövlət Dumasından reaksiya: "Ukraynanı xəritədən silə bilərik!"
-
Region14:30İran polisindən Azərbaycan konsulunun həlak olduğu qəza ilə bağlı açıqlama
-
MDB13:44Kiyev "Oreşnik"lə belə vuruldu - VİDEO
-
Ekologiya13:03Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq
-
Hadisə11:27Vətən müharibəsi qazisi vəfat etdi - FOTO




































