İdman
"Real"ın istədiyi Haaland gələcəyi ilə bağlı qərarını rəsmən açıqladı
“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haaland “Barselona” və “Real Madrid”in marağı ilə bağlı yayılan şayiələr fonunda gələcəyək karyerası barədə danışıb.
Publika.az xəbər verir ki, o, İngiltərə klubundakı çıxışını davam etdirmək niyyətində olduğunu söyləyib.
“Çox xoşbəxtəm və gələcəkdə nələrin olacağını səbirsizliklə gözləyirəm. Çünki həm “Siti”, həm də mənim üçün çox maraqlı bir dövr başlayır. Buna görə də bu klubla birlikdə irəliləməyə davam etmək istəyirəm”, - deyə Haaland ESPN-ə açıqlamasında bildirib.
2025-ci ilin yanvarında Haaland “Mançester Siti” ilə 9 illik müqavilə imzalayıb. Cari mövsümdə hücumçu bütün turnirlərdə 48 oyunda 35 qol vurub və 7 məhsuldar ötürmə verib.
Heybət
-
Sağlamlıq13:35Həkimdən gecələr telefona baxanlara xəbərdarlıq
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:5318 milyonluq alma yoxa çıxdı - Biznesmenden film kimi cinayət
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu
-
İdman09:09DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi






































