İdman
FİFA 56 illik tərəfdaşlığa son qoyur
FIFA ilə futbol stikeri istehsalçısı “Panini” arasındakı əməkdaşlıq 2030-cu il dünya çempionatından sonra başa çatacaq.
Publika.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino məlumat verib.
Tərəflər arasındakı tərəfdaşlıq 50 ildən artıq davam edib. “Panini”nin ilk rəsmi albomu 1970-ci ildə Meksikada keçirilən dünya çempionatı ərəfəsində buraxılmışdı. Hazırda həmin albomun qiyməti internet hərraclarında 11 min avroya qədər yüksəlir.
Əməkdaşlığın dayandırılması FIFA-nın “Fanatics” şirkəti ilə müqavilə bağlaması ilə əlaqələndirilir. 2031-ci ildən etibarən FIFA-nın himayəsi altında keçirilən turnirlər üçün kolleksiya məhsullarının istehsalını məhz bu şirkət həyata keçirəcək.
İnfantino bildirib ki, yeni tərəfdaşlıq azarkeşlərin futbolla qarşılıqlı əlaqəsini yeni səviyyəyə qaldırmağa kömək edəcək və oyunun inkişafı üçün əlavə gəlir mənbəyinə çevriləcək.
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir














.jpg)












.jpg)






