İdman
Levandovski hansı liqadan təklif aldığını açıqladı
“Barselona”nın ulduz futbolçusu Robert Levandovski karyerasını harada davam etdirə biləcəyi ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, hücumçunun sözlərini insayder Nikolo Şira sitat gətirib.
37 yaşlı polşalı futbolçu bildirib: “Hələlik gələcəyimi və ya nə edəcəyimi bilmirəm. Karyeramı aşağı liqada davam etdirmək seçimim var. Təklifləri dinləyib sonra qərar verəcəyəm”.
Levandovskinin “Barselona” ilə müqaviləsi bu ilin iyun ayının sonuna qədərdir və müqavilənin uzadılması ehtimalı azdır.
Polyakın agenti oyunçunu A Seriyasına yerləşdirməyə çalışsa da, “Yuventus” və “Milan”ın hücumçuya olan marağı azalıb. Levandovski bu yaxınlarda MLS klubu “Çikaqo Fayr”dan cəlbedici təklif alıb.
Polşalı futbolçu bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 43 oyunda 18 qol vurub və 4 məhsuldar ötürmə edib.
-
Dünya11:47Dəhşətli dərəcədə yaxındır - ABŞ-dan İran xəbərdarlığı
-
Sosial11:40Pensiya alanların nəzərinə
-
Rəsmi xronika11:04İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi
-
Yaxın Şərq10:48Əraqçidən hədə dolu bəyanat: İsraillə əlbir olanlar məsuliyyət daşıyacaqlar
-
Rəsmi xronika10:27Prezident bu nazirə yeni müavin təyin etdi - FOTO
-
Kriminal09:36“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?
-
Dünya08:49Trampla Si Cinpinin salamlaşması gündəm oldu - Video
-
Sağlamlıq08:24Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı - Video










.png)





















.jpg)


