İdman
DÇ-2026-da növbəti qalmaqal: FİFA-nın səhvi aranı qarışdırdı
Uruqvay millisi 2026-cı il dünya çempionatında Səudiyyə Ərəbistanına qarşı keçiriləcək oyun öncəsi ABŞ-a eniş icazəsi ala bilmədiyi üçün səfərdə gecikmə ilə üzləşib.
Publika.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
İyunun 15-dən 16-na keçən gecə H qrupunun ilk turu çərçivəsində Səudiyyə Ərəbistanı və Uruqvay milliləri arasında qarşılaşma keçiriləcək. Oyun ABŞ-nin Florida ştatının Mayami şəhərində yerləşən “Hard Rok” stadionunda baş tutacaq.
Uruqvay yığması Meksikadan çarter reysi ilə yola düşməli idi. Lakin təyyarəyə ABŞ hava məkanına daxil olmaq icazəsi verilmədiyindən komanda Floridaya planlaşdırılandan bir neçə saat gec çatıb.
Mənbənin məlumatına görə, futbolçular üçün qısa müddətdə başqa təyyarə tapılıb və komanda gec də olsa oyunun keçiriləcəyi şəhərə çata bilib.
Uruqvay Futbol Assosiasiyasında hesab edirlər ki, məsuliyyət FİFA-nın üzərinə düşür. Bildirilir ki, qurum reysin ABŞ-a uçuş icazəsini vaxtında rəsmiləşdirə bilməyib və yaranan problemlərin əsas səbəbi də bu olub.
Gecikmə səbəbindən komandanın tədbirlər proqramında da dəyişiklik edilib. Məsələn, baş məşqçi Marselo Bielsa və müdafiəçi Xose Ximenesin mətbuat konfransı bir saat yarım təxirə salınıb.
Mənbənin iddiasına görə, yaranmış vəziyyətlə əlaqədar FİFA-nın Uruqvay Futbol Assosiasiyasına qarşı intizam tədbirləri tətbiq etməsi ehtimalı da mövcuddur.
Müəllif: Tural
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı


























.jpg)











