İdman
Messi rekordları alt-üst etdi
Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatında bir neçə tarixi rekorda imza atıb.
Publika.az xəbər verir ki, Cənubi Amerika təmsilçisinin Əlcəzair ilə qrup mərhələsinin ilk tur oyununun start heyətində yer alan Messi futbol tarixində altı dünya çempionatında çıxış edən ilk futbolçu olub. O, daha əvvəl 2006-cı ildə Almaniyada, 2010-cu ildə Cənubi Afrika Respublikasında, 2014-cü ildə Braziliyada, 2018-ci ildə Rusiyada və 2022-ci ildə Qətərdə keçirilən mundiallarda da iştirak edib.
Əlcəzairlə qarşılaşma həm də Messinin Argentina millisində 200-cü oyunu kimi tarixə düşüb. Bununla o, milli komandada 200 oyun həddinə çatan üçüncü futbolçu olub. Daha əvvəl bu göstəriciyə Portuqaliya millisinin kapitanı Krşstiano Ronaldo (228 oyun) və Küveyt yığmasının sabiq futbolçusu Bader Əl-Mutava (202 oyun) nail olub.
Argentinanın Əlcəzairi 3:0 hesabı ilə məğlub etdiyi görüşdə het-trik müəllifi olan Leo qollarının sayını 16-ya yüksəldib və Almaniya millisinin sabiq hücumçusu Miroslav Klose ilə birlikdə dünya çempionatları tarixinin ən məhsuldar futbolçusuna çevrilib.
38 yaş 357 günlüyündə het-trik edən Messi dünya çempionatları tarixində het-trik müəllifi olan ən yaşlı futbolçu rekordunu da yeniləyib. Əvvəlki rekord 2018-ci il dünya çempionatında İspaniya ilə oyunda 33 yaş 130 günlüyündə het-trik edən Kriştiano Ronaldoya məxsus idi.
Bununla yanaşı, Messi dünya çempionatları tarixində Argentina millisinin həm ən gənc, həm də ən yaşlı qol müəllifi kimi unikal nailiyyətə sahib olub. O, düz 20 il əvvəl – 2006-cı il dünya çempionatında Serbiya və Monteneqroya qarşı oyunda (6:0) ilk mundial qolunu vurmuşdu. İndi isə 39 yaşına bir həftə qalmış mundialda het-trik edərək yeni tarix yazıb.
Müəllif: Tural
-
Region12:04Simonyanla Anelya rəsmi nikaha girdilər
-
Dünya10:30Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi
-
Rəsmi xronika10:27Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi
-
Hadisə09:13Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI
-
Sosial08:30“Onunla son saatlarımı keçirirəm” - Qızının faciəvi ölümündən yazdı
-
İdman08:00La Liqa klubunun 16 yaşlı futbolçusu öldü
-
Magazin106:46Həyat yoldaşından Rəvan Qarayevə qadağa
-
Cənubi Qafqaz03:43Ermənistanda NATO ilə birgə təlimlər başlayır




































