İdman
Ronaldo 20 il sonra bu sirri açdı: Zidanı paltardəyişmə otağından niyə qovub?
Braziliya millisinin keçmiş hücumçusu Ronaldo 2006-cı il dünya çempionatının 1/4 finalında məğlubiyyətdən sonra “Real”dakı komanda yoldaşı və Fransa millisinin yarımmüdafiəçisi Zinəddin Zidandan paltardəyişmə otağını tərk etməsini istədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, onun sözlərini "Marca" nəşri yayıb.
"Fransaya 0:1 hesablı məğlubiyyətdən sonra Braziliyanın Dünya Kubokundakı iştirakı başa çatdı. Matçdan sonra Zidan formaları dəyişmək üçün bizim paltardəyişmə otağımıza girdi.
Biz dost idik və hələ də dostuq. Amma otağımızdakı atmosfer dəhşətli idi. Bir çox oyunçu ağlayırdı. Mən onu salamladım, amma formaları dəyişdirmək üçün ən yaxşı vaxt olmadığını dedim və getməsini istədim".
Xatırladaq ki, Ronaldo və Zidan "Real Madrid"də birlikdə dörd mövsüm keçiriblər (2002/03 - 2005/06).
Müəllif: Tural
-
İKT17:34"YouTube"da problem yarandı: İstifadəçilər videoları aça bilmir
-
MDB17:08Rusiyada miqrantlarla bağlı sərt qərarlar: 100 min nəfər ölkədən çıxarıldı
-
Rəsmi xronika15:30İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
-
Avropa15:07Epşteyn qalmaqalına görə işdən qovuldu: Görün nə qədər təzminat aldı - Britaniyada ŞOK
-
Dünya13:56Britaniya istehsalı PUA-lar Rusiyaya zərbələrdə istifadə olunur - İDDİA
-
Nida Xəbər 11:54Baş nazir qərar imzaladı
-
Hadisə11:20Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən qəzanın təfərrüatı: Məclisə gedirmişlər - Foto/Yeniləndi
-
Dünya11:14HƏMAS-ın silahsızlaşdırılmasına start verilir: Kuşnerdən 30 günlük vaxt






.jpg)

















.jpg)











