İdman
Cüdoçularımız Avropa Kubokunu 9 medalla tamamladılar
Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında keçirilən Avropa Kuboku Azərbaycan millisi üçün uğurla başa çatıb.
Azərbaycan Cüdo Federasiyasından Publika.az-a verilən məlumata görə, yarışın ikinci günündə yığma aktivinə 8 medal yazdırıb.
Mehdi Abbasov (81 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Cəsur İbadlı (81 kiloqram), Canpolad Əliyev (100 kiloqram) və Nərgiz Əhmədova (48 kiloqram) yarışı gümüş medalla başa vurublar. Süleyman Şükürov (90 kiloqram), Davud Namazlı (100 kiloqram) və Xədicə Qədəşova (57 kiloqram) isə bürünc mükafat əldə ediblər.
Xatırladaq ki, ilk yarış günündə Əbil Yusubov (73 kiloqram) gümüş medala yiyələnmişdi.
Beləliklə, Azərbaycan millisi Praqa Avropa Kubokunu 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 9 medalla tamamlayıb. Yekun nəticələrə əsasən yığmamız 33 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə birinci yeri tutub.
-
Nida Xəbər 11:30Pərvin Mirzəzadəyə yüksək vəzifə verildi
-
Sağlamlıq10:12İlan qanından "kokteyl” hazırlandı: Kim içsə... - MÖCÜZƏ
-
Nida Xəbər 09:51Mehriban Əliyeva paylaşım etdi - FOTO
-
Hadisə09:48Xalq artisti vəfat etdi - FOTO
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu
-
Səhiyyə05:15Xərçəng xəstələrinin sayı 67% artacaq















.jpg)

















.png)



