İdman
Messi bu klubu alır
Argentinalı futbolçu Lionel Messi İspaniyanın "Eldense" klubunu almaq barədə prinsipial razılığa gəlib.
Publika.az xəbər verir ki, bu barədə "Marca" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, "İnter Mayami"nin hücumçusu və kapitanı klubun hazırkı sahibləri ilə razılığa gəlib və üçüncü tərəflərin iştirakı olmadan səhmlərin 100%-ni əldə edəcək.
Bildirilib ki, bu qərar argentinalının futboldakı irsini investisiya etməklə davam etdirmək istəyi ilə bağlıdır.
İspaniya çempionatının ikinci ən güclü divizionunda çıxış edən klub Alikante vilayətində, Kataloniyadan çox da uzaq olmayan ərazidə yerləşir. Messi peşəkar karyerasını başa vurduqdan sonra burada yaşamağı planlaşdırır.
Qeyd edək ki, aprel ayında 39 yaşlı Messinin Kataloniyada yerləşən "Kornelya" klubunun sahibi olduğu məlum olub.
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı




















.png)











