İdman
Moratadan Mourinyo açıqlaması: "El klasiko"ya ona görə baxacam
“Leqanes”in hücumçusu Alvaro Morata Joze Mourinyonun “Real Madrid”ə qayıtmasından niyə məmnun olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, ” Real Madrid” və “Atletiko Madrid”in keçmiş oyunçusu “Mətbuat konfransında Joze Mourinyonun dediyi sözləri eşitdinizmi?” sualına belə cavab verib:
“Düzünü desəm, onun belə bir şey deməsini səbirsizliklə gözləyirdim, çünki bu, məni güldürür. Bir azarkeş kimi özüm üçün danışıram. Ümid edirəm ki, “Atletiko” çempionluğu qazanacaq, amma əgər “el klasiko”nu məhz Mourinyoya görə izləyəcəyəm. O, oyuna rəng qatır”.
Xatırladaq ki, “Real Madrid” və “Betis” (0-1) arasında keçirilən matçın 94-cü dəqiqəsində Kilian Mbappe penaltidən yararlana bilmədi. VAR sistemi “Betis”in müdafiəçisi Mark Bartra və digər oyunçuların cərimə meydançasına çox erkən daxil olub-olmadığını müəyyən etməyə çalışdı.
Nəticədə hakimlər heç bir qayda pozuntusu aşkar etmədilər və penalti təkrarlanmadı.
“Real”ın baş məşqçisi bu epizodla bağlı şərh verib: “Niyə penalti təkrarlanmadı? Bəlkə də VAR qaydaları bilmədiyinə görə, ya da bəlkə də bunu etmək istəmədikləri üçün. Hakim niyə monitora çağırılmadı? Qəribədir”.
Müəllif: Tural
-
Hadisə02:42Xəzər dənizində zəlzələ baş verdi
-
ABŞ02:12Tramp süni intellekt şirkətləri rəhbərləri ilə görüşür
-
Qoroskop00:15Günün ULDUZ FALI
-
Magazin100:00"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
Ekologiya29 Sentyabr 23:36Naxçıvana ilk qar yağdı - VİDEO
-
Magazin229 Sentyabr 23:24Yaraşıqlı kişilərdə görün nələr çatışmır - Təşkilatçılar qadınlardan yardım istədilər
-
Nəqliyyat29 Sentyabr 22:48"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
İdman29 Sentyabr 21:48"Barselona", "Real Madrid" və PSJ onun uğrunda mübarizə aparacaq
































.jpg)