İdman
Sensasiyalı məğlubiyyətdən sonra özünü itirdi - Video
2026-cı il Uimbldon turnirinin əsas sensasiyalarından biri qadınların yarışında yaşanıb.
Publika.az xəbər verir ki, turnirin son çempionu İqa Şvyontek gözlənilmədən üçüncü mərhələdə Filippin təmsilçisi Aleksandra Ealaya məğlub olaraq mübarizəni dayandırıb.
2 saat 15 dəqiqə davam edən qarşılaşma dünya reytinqinin 32-ci pilləsində qərarlaşan Ealanın 7:6, 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Polşalı tennisçi üçün bu nəticə son iki ildə Böyük Dəbilqə turnirlərində qeydə aldığı ən uğursuz çıxış olub. Şvyontek həm mütəxəssislərin, həm də azarkeşlərin gözlədiyindən xeyli tez turnirlə vidalaşıb.
Görüş zamanı Şvyontekin davranışı da diqqət çəkib. Polşalı tennisçinin oyunun gedişatını psixoloji cəhətdən çox ağır keçirdiyi hiss olunub.
O, uduzduğu epizodlardan sonra bir neçə dəfə emosional şəkildə qışqırıb, raketkasını korta çırpıb, geymlər arasındakı fasilələrdə isə sakitləşmək və diqqətini toplamaq üçün başını dəsmalın altına gizlədib.
Şvyontekin üzərində psixoloji təzyiqin böyük olduğu aydın görünürdü. O, ötən il qazandığı çempionluq titulunu qoruyurdu. Buna görə də hər uğursuzluq təkcə turnirlə erkən vidalaşmaq deyil, həm də əhəmiyyətli reytinq xallarının itirilməsi demək idi. Bu səbəbdən hər uduzduğu geym onun emosiyalarını daha da artırırdı.
oh iga is PISSED pic.twitter.com/DJWRMqTkc0
— nabald | 22 (@andys_murray) July 4, 2026
-
Avropa05:45Fransada dəhşətli meşə yanğınları - 10 min nəfər təxliyə olunur
-
Dünya02:18Trampın “Canavar” limuzinləri Ankarada - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu xüsusiyyətiniz sizə böyük üstünlük qazandıracaq
-
Magazin200:45Tarkanın yeni imici: 15 yaş gəncləşdi
-
Hadisə00:20SOCAR-ın yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirildi - Foto
-
Dünya5 İyul 21:00Vulkana görə uçuşlar dayandırıldı
-
Region5 İyul 19:26Xameneinin oğulları ilk dəfə görüntüləndi - Video
-
İdman5 İyul 18:36“Qarabağ” onu transfer etdi














.jpg)

















