İdman
DÇ-2026-da rüsvayçılıq: Ağ Evdən FİFA-ya edilən zəng aranı qatdı
Ağ Ev ABŞ milli komandasının hücumçusu Folarin Baloqunun qırmızı vərəqəsini ləğv etməsi üçün FIFA prezidenti Canni İnfantinoya müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə “Give Me Sport”un jurnalisti Ben Ceykobs məlumat yayıb.
25 yaşlı hücumçu 1/8 final mərhələsinin Bosniya və Herseqovina ilə oyununda (2-0) müdafiəçi Tarik Muharemoviçə qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə almışdı. İyulun 5-də futbolçunun cəzasının ləğv edildiyi bildirildi.
Mənbənin məlumatına görə, FİFA nümayəndələri Ağ Evin apellyasiyanın qərara təsir etmədiyində israr edirlər.
Lakin ABŞ prezidenti Donald Tramp təşkilata təşəkkür edib.
Dövlət başçısı sosial media hesabında yazıb: “Düzgün və ədalətli hərəkət etdiyiniz üçün FİFA-ya təşəkkür edirəm! Prezident Donald Tramp”.
Futbolçunun cəzasının Trapmpın təzyiqi ilə ləğv edilməsi rüsvayçılıqdır. Bu o deməkdir ki, DÇ-də bərabər, sağlam rəqabət mühiti yoxdur. Artıq bununla bağlı sosial şəbəkələrdə böyük etiraz dalğası balşlayıb və FİFa kəskin tənqid olunur.
“Reuters” agentliyinin mənbəyə istinadən verdiyi məlumata görə, Tramp özü İnfantinoya zəng edərək dünya futbolunun idarəetmə orqanından oyunçunun cəzası ilə bağlı məsələni yenidən nəzərdən keçirməsini istəyib.
2026-cı il Dünya Kubokunda Baloqun üç oyunda üç qol vuraraq ABŞ-ın turnirdə ən çox qol vuran oyunçusu olub. Amerikalılar 7 iyul gecəsi Belçika ilə qarşılaşacaqlar.
“De Standard”ın məlumatına görə, Belçika Kral Futbol Assosiasiyası (RBFA) FİFA-nın aq qərarından apelyasiya şikayəti verə bilər.
Təşkilat FİFA-nın qərarından təəccüblənib, amma RBFA hələlik heç bir rəsmi şərh verməyib.
Bildirilir ki, RBFA bu qərardan apelyasiya şikayəti vermək üçün mümkün hüquqi variantları araşdırır.
Ben Ceykobs RBFA-nın İdman Arbitraj Məhkəməsinə (CAS) apelyasiya da daxil olmaqla, bütün variantları araşdırdığını aydınlaşdırıb. Jurnalist əlavə edib ki, Belçika uduzsa, oyundan sonra da apelyasiya verilə bilər.
Müəllif: Tural
-
Hadisə10:14Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş - FOTO
-
İqtisadi gündəm09:26Rubl bahalaşdı - MƏZƏNNƏ
-
Kriminal09:00Bakıda qayınata gəlinini narahat edən şəxsi avtomobillə vuraraq öldürdü
-
Sosial08:24Bu sənədi yoxlamadan ev alanlar çıxılmaz vəziyyətdə qalırlar - Xəbərdarlıq
-
Dünya08:12Kiyevə kütləvi hava zərbələri - 7 ölü, 24 yaralı var
-
Magazin207:35Messi eşq yaşadığı iddia edilən jurnalisti kameraların önündə qucaqlayıb öpdü və... - Foto
-
Hadisə07:15Ağdamda bir ailənin üç üzvünün ölümünün dəhşətli təfərrüatı
-
Avropa05:45Fransada dəhşətli meşə yanğınları - 10 min nəfər təxliyə olunur












.jpg)














.jpg)


.jpg)





