İdman
“Qarabağ” mövsümə darmadağınla başladı - VİDEO/YENİLƏNDİ
"Qarabağ" UEFA Avropa Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirib.
Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Bakıda İslandiyanın "Vestri" komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.
30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir, 86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.
Cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.
xxx
21:48
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda üçüncü qol vurulub.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.
86-cı dəqiqədə Renaldo Sefas fərqlənib.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.
xxx
20:48
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda ilk hissə başa çatıb.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 2:0.
30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.
xxx
20:24
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi matçda ilk qolu vurub.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.
xxx
20:00
UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında ilk oyun başlayıb.
Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb. Matçı moldovalı baş hakim Roman Jitari idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu
-
Səhiyyə05:15Xərçəng xəstələrinin sayı 67% artacaq
-
Magazin204:14İrina Şeyk bağçada alt paltarında romantik pozalar verdi - FOTO
-
Hadisə03:43Azərbaycanda dəhşət: yanaraq ölənlərin adları məlum oldu - FOTO/YENİLƏNDİ
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ












.jpg)




.jpg)










.png)



