İdman
Mbappe Messinin nailiyyətini təkrarladı
Fransa yığmasının hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/4 final mərhələsi çərçivəsində Mərakeş yığması ilə oyunda qol vurub. Komandası 2:0 hesabı ilə qalib gəlib, futbolçunun özü isə bir neçə nailiyyətini yeniləyib.
Publika.az xəbər verir ki, bu oyun Mbappe üçün yubiley - dünya çempionatlarında 20-ci qarşılaşma olub. Bayram bir qədər kölgədə qalıb: birinci hissədə o, penaltini dəqiq yerinə yetirə bilməyib. Təəccüblü deyil: mərakeşlilərin qapıçısı Yassin Bunu mundiallarda (oyunsonu seriyalar da daxil olmaqla) doqquz zərbədən yalnız ikisini qapısında görüb.
Ancaq fransalı forvard çox kədərlənməyib: 60-cı dəqiqədə o, uzaqdan vurduğu zərbə ilə oyunda fərqlənib. Bunun sayəsində o, cari dünya çempionatında qollarının sayına görə Lionel Messiyə çatıb: hər ikisinin hesabında səkkiz top var. Düzdür, argentinalılar öz 1/4 final matçlarını hələ keçirməyiblər, buna görə də Leo yenidən liderliyə yüksələ bilər. Bundan başqa, yeddi qolla norveçli Erlinq Holand da onları yaxından izləyir, onun da ehtiyatda bir oyunu var.
Ümumilikdə Mbappe dünya çempionatlarındakı qollarının sayını 20-yə çatdırıb. Bu göstəricidə o, Messidən bir dəqiq zərbə ilə geri qalır, eyni zamanda planetin əsas futbol turnirlərində azı 20 qol vuran, səkkizqat "Qızıl top" sahibindən sonra tarixdə ikinci oyunçu olub.
Bununla yanaşı, o, ardıcıl iki dünya çempionatında 10 və daha çox məhsuldar hərəkət edən ilk oyunçu olub. Dörd il əvvəl onun hesabında səkkiz qol və üç assist var idi, indi isə səkkiz qolla yanaşı, aktivində iki qol ötürməsi var. Fransa yığması üçün "qol + pas" sistemi üzrə onun xallarının cəmi 100-ə (64+36) çatıb.
Hüseyn İbadlı
-
İdman01:51DÇ-2026: Fransa Mərakeşi məğlub edərək ilk yarımfinalçı oldu - YENİLƏNDİ
-
Sosial01:11Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərarı qınadı
-
Magazin100:45Roza Zərgərli qızı ilə - FOTO
-
Sosial00:30Minlərlə kəpənəyin hücumu üzündən TOY YARIMÇIQ QALDI
-
Qoroskop00:15Günün ULDUZ FALI - Yeni qapılar açılacaq
-
Magazin29 İyul 23:48CeyLo dərin dekolteli “çılpaq” libası ilə nəfəs kəsdi - FOTO
-
ABŞ9 İyul 23:12Məşhur aeroporta Trampın adı verildi
-
MDB9 İyul 22:48Qısqanc qadın ərinin avtomobilini yandırdı - Etiraf edib ki...

































