İdman
Topalov Kramniki ruhi xəstə adlandırdı
Şahmat üzrə keçmiş dünya çempionu Veselin Topalov rusiyalı Vladimir Kramnikə psixiatrik müayinədən keçməyi məsləhət görüb.
Publika.az xəbər verir ki, bolqar qrossmeysterin açıqlamasını “Rookreview” sitat gətirib:
“FİDE Etika Komissiyasının mövcudluğu heyrətamizdir. Əgər o, həqiqətən də öz funksiyalarını yerinə yetirsəydi, bir çox federasiya rəsmiləri bir neçə il müddətinə diskvalifikasiya olunardı.
Kramnikə gəldikdə, texniki səhvə yol verilib. O, açıq-aydın ruhi sağlamlıq problemləri olduğundan, FİDE-nin tibbi komissiyası tərəfindən müayinə olunmalıdır”.
Qeyd etmək lazımdır ki, görkəmli bolqar bu şərhi Kramnikin amerikalı bloger və qrossmeyster Daniel Naroditskinin ölümü ilə əlaqədar diskvalifikasiyası fonunda verib. Rusiyalı qrossmeyster onu təhqir etmişdi.
Kramnik artıq apelyasiya şikayəti verməyə hazır olduğunu və FİDE Etika Komissiyasının qərarını qanunsuz hesab etdiyini bildirib.
Naroditski 2025-ci ilin oktyabr ayında Şimali Karolina ştatının Şarlott şəhərindəki evində ölü tapılıb . Onun 29 yaşı var idi.
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı

































