İntihar haqqında düşünməyə başlamışdım - Runidən etiraf
Bizi izləyin

İdman

İntihar haqqında düşünməyə başlamışdım - Runidən etiraf

İntihar haqqında düşünməyə başlamışdım - Runidən etiraf

“Mançester Yunayted” və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi oğlunun dünyaya gəlməsindən sonra onda intihar düşüncələri yaranması haqda danışıb.

Publika.az xəbər verir ki, Runi bu bura İngiltərə mətbuatına müsahibəsində deyib:

“Geri baxıb deyə bilərəm ki, eqoist idim, amma bilirdim ki, mənim üçün həqiqətən çətin olan bir şeydən keçirəm. Üstəlik, Kayın (Ueyn Runinin oğlu) məni belə görməsini istəmirdim, ona görə də gizləndim.

Elə bir nöqtəyə çatdım ki, insan intihar haqqında düşünməyə başlayır. Sadəcə heç kimin yanında olmaq istəmirsən. Küçələrdə insanları görmək istəmirdim. Mağazalara getmək istəmirdim. Futbol meydançasında həmişə özümü rahat hiss etmişəm, amma qalan hər şey inanılmaz dərəcədə çətin idi.

Heç bir zəifliyini göstərmək istəmirsən, ona görə də bunu gizlətməyə çalışırsan. Vəziyyətimi bilsəm də, bu vəziyyətdə olduğumu özümə etiraf etmək çətin idi, çünki bu, səni kişi kimi hiss etməməyə vadar edirdi.

Bir terapevtlə danışıb nəyin səhv olduğunu anlamağa çalışırdım, çünki geri baxanda karyeramın zirvəsində olduğumu, yenicə balaca bir oğlum dünyaya gəlmişdi, yenicə evlənmişdim. Bu, həyatımın ən xoşbəxt anı olmalı idi, amma belə deyildi. Etdiyim eqoist hərəkətlərə görə, yəqin ki, ən aşağı nöqtəm idi.

Kolin (Runinin həyat yoldaşı) mənə çox kömək etdi. O, gedə bilərdi – vəziyyət çox pis idi, amma o, mənimlə qaldı və mənə bu çətinliklərin öhdəsindən gəlməyə kömək etdi”.

Ueyn və həyat yoldaşı Kollin dörd oğlu var. Onların ilk övladı Kai 2009-cu ildə dünyaya gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm