İdman
Ronaldinyonun geri dönüşü tənqidlərə səbəb oldu - Kassano susmadı
İtaliya millisinin keçmiş hücumçusu Antonio Kassano 46 yaşlı braziliyalı Ronaldinyonun “Ravenna”da rəsmi oyunda meydan çıxmaq qərarını tənqid edib.
Publika.az xəbər verir ki, “Goal” nəşrinin məlumatına görə, “Milan”ın keçmiş hücumçusu futbol əfsanəsinin keçmişinə hörmət etməsinə baxmayaraq, meydana çıxmasını “fars” və “iyrənc tamaşa” adlandırıb.
“Əvvəlcə onu deyim ki, Ronaldinyonu həm insan, həm də futbolçu kimi yüksək qiymətləndirirəm. Onu Messi, Maradona, Ronaldo və bəlkə də Pele ilə birlikdə bütün dövrlərin ən böyük beş oyunçusundan biri hesab edirəm. Onun qeyri-adi karyerası olub, qazanması mümkün olan hər şeyi qazanıb. Onun istedadı misilsizdir”, – Kassano deyib.
Lakin keçmiş italyan hücumçu keçmişə heyranlığın indiki vaxtın tənqidinə mane olmamalı olduğunu vurğulayıb. Onun fikrincə, belə yaşda və belə vəziyyətdə meydana çıxmaq böyük idmançının imicinə xələl gətirir.
“Amma onun bu gün etdiyi şey mənə iyrənc gəldi. 46 yaşında niyə belə etdi? Başa düşmürəm… Bunu klub prezidenti Çipriani ilə əlaqələrinə görə, yoxsa ona çoxlu pul ödənildiyinə görə etdi? Niyə belə etdiyini bilmirəm. Düşünürəm ki, bu, bir farsdır”, – deyə Antonio Kassano əlavə edib .
Xatırladaq ki, Ronaldinyo İtaliya üçüncü divizionunda “Forli” üzərində 2-0 hesablı qələbə qazandıqları oyunda “Ravenna”nın heyətində meydana çıxmışdı. Braziliyalı futbolçu ilk hissədə meydanda olmuş və əvəzlənmədən əvvəl ev sahiblərinin qoluna töhfə vermişdi.
Daha əvvəl əfsanəvi yarımmüdafiəçinin “Ravenna” klubunda pay aldığı bildirilirdi.
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR












.jpg)



























