İdman
DÇ-2030-da 64 komanda: Dominqes eyham vurdu
Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alexandro Dominqes 2030-cu ildə İspaniya, Portuqaliya, Mərakeş, Uruqvay, Argentina və Paraqvayda keçiriləcək növbəti Dünya Kubokunda 64 milli komandanın iştirakını təklif edib.
Publika.az xəbər verir ki, Dominqes sosial media səhifəsində yazıb: “Növbəti Dünya Kuboku evdə keçirilir! 2030-cu ildə Dünya Kuboku Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Futbol üçün Dünya Kubokunun yüz illiyini 64 komandanın iştirak etdiyi yarışla qeyd etmək üçün fantastik bir fürsət”.
Xatırladaq ki, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçirilən Dünya Kubokunda ilk dəfə 48 komanda yarışıb. Əvvəllər turnirdə 32 komanda iştirak edirdi.
12 iyulda FİFA prezidenti Canni İnfantino Dünya Kubokunda komanda sayının 64-ə çatdırılması ideyasının səbəbini izah edib: “2026-cı il Dünya Kubokundan sonra nə olursa olsun, bu barədə düşünməliyik. Təkcə Avropa və Cənubi Amerika deyil – bütün planet dünya Dünya Kubokunu xəyal edə bilməlidir .
Görürsünüz ki, 2026-cı il Dünya Kubokunda komandaların keyfiyyəti son dərəcə yüksəkdir. Və bu, bütün dünyada daha da yaxşılaşır. Əgər daha kiçik komandaların Dünya Kubokunda iştirak etməsinə icazə verməsəniz, onların inkişaf etmək üçün stimulu olmayacaq”.
Müəllif: Tural
-
Hadisə21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
-
Avropa20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO
-
MDB15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq
-
Elm və təhsil14:21Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
-
Sosial14:12Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar
-
Region13:18Paşinyan “Ukrayna dırmığı”nda dayanır – Moskvadan İrəvana növbəti xəbərdarlıq
-
Nida Xəbər 12:27Əli Əsədov onu vəzifədən azad etdi
-
Dünya12:12AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq















.jpg)









.jpg)


.jpg)




.png)




