İdman
“Qızıl top”a namizədlərin yeni reytinqi - Lider kimdir?
2026-cı il Dünya Kuboku başa çatdıqdan sonra futbolçuların “Qızıl top” qazanmaq şansları barədə söhbətlər yenidən başlayıb.
Publika.az xəbər verir ki, nüfuzlu “Goal” portalı mükafata əsas namizədlərin reytinqini yeniləyib.
“Bayern”in hücumçusu Harri Keyn siyahının lideridir. İngiltərəli hücumçu Dünya Kubokunda altı qol vuraraq komandasının bürünc medal qazanmasına kömək edib – bu, “Üç Aslan”ın 1966-cı ildən bəri ilk medalı olub.
O, 2025/26 mövsümündə ümumilikdə 73 qol vurub, Münhen komandası ilə üç kubok qazanıb.
İspaniyanın heyətində Dünya Kubokunu qazanan Lamin Yamal ikinci yerdədir. Dünya Kubokunda 8 qol vuran, 4 məhsuldar ötürmə edən və turnirin gümüş medalını qazanan Lionel Messi isə üçüncü yerdədir.
“Goal”a görə, 2026-cı il üçün “Qızıl top” mükafatına əsas namizədlər
Harri Keyn (“Bayern”, İngiltərə)
Lamin Yamal (“Barselona”, İspaniya)
Lionel Messi (“İnter Mayami”, Argentina)
Maykl Olise (“Bayern”, Fransa)
Kilian Mbappe (“Real Madrid”, Fransa)
Rodri (“Mançester Siti”, İspaniya)
Usman Dembele (PSJ, Fransa)
Erlinq Haaland (“Mançester Siti”, Norveç)
Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan)
Pau Kubarsi (“Barselona”, İspaniya)
-
Hadisə21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
-
Avropa20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO
-
MDB15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq
-
Elm və təhsil14:21Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
-
Sosial14:12Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar
-
Region13:18Paşinyan “Ukrayna dırmığı”nda dayanır – Moskvadan İrəvana növbəti xəbərdarlıq
-
Nida Xəbər 12:27Əli Əsədov onu vəzifədən azad etdi
-
Dünya12:12AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq















.jpg)









.jpg)


.jpg)




.png)




