İdman
Azarkeşləri sevindirməliyik - Emin Mahmudov
“Neftçi”nin kapitanı Emin Mahmudov UEFA Konfrans Liqası II təsnifat mərhələsinin Minsk “Dinamo”su ilə ilk matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Publika.az 34 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:
– “Turan Tovuz” avrokuboklara buraxılmadı deyə, Konfrans Liqasına II təsnifat mərhələsindən başlayırsız. Oyuna necə hazırlaşmısız?
– Bunu gözləmirdik. Bizim üçün hazırlaşmağa daha çox vaxt oldu. Sabahkı oyuna bu mane olmayacaq. Yaxşı hazırlaşmışıq.
– “Neftçi”nin 90 illiyi olacaq. Həm çempionluq, həm də Konfrans Liqasının əsas mərhələsini istəyirsiz. Bu iddialar nə dərəcədə realdır? “Dinamo” haqda fikriniz necədir?
– 90 illiyimizə görə böyük motivasiyamız var. Çox vacib mövsümdür. İndi “Braqa”nı və ya başqa komandanı düşünmürük. “Dinamo”ya hörmətlə yanaşırıq. Cavan komandadır. Yaxşı oynayırlar. Yalnız onları düşünürük. Onları keçək, sonra oyundan-oyuna düşünərik ki, əsas mərhələyə düşmək nə dərəcədə realdır.
– Açıq məşqə çoxlu azarkeş gəlmişdi. Onlara sözünüz var?
– Möhtəşəm atmosfer var idi, bizə böyük motivasiya verdilər. Daim bizimlədirlər. Əlimizdən gələni etməliyik ki, daha çox sevinsinlər. Oyundan qabaq da bizə motivasiya verdilər. Onlara təşəkkür edirəm. Allah qoysa, onları sevindirməliyik.
– Komandadan gedənlər də oldu, gələnlər də. Necə düşünürsən, “Neftçi” nə dərəcədə dəyişib?
– Əvvəlki illərə baxanda, indi çox oyunçu dəyişməyib. Bir neçə oyunçu gedib, bir neçəsi gəlib. Baş məşqçi də eynidir. 70 faiz heyət eynidir. Bu il daha stabillik görürəm. Bəzi oyunçular da gələcək. Məncə, daha yaxşı olmalıyıq.
-
Hadisə21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
-
Avropa20:24Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO
-
MDB15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq
-
Elm və təhsil14:21Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
-
Sosial14:12Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar
-
Region13:18Paşinyan “Ukrayna dırmığı”nda dayanır – Moskvadan İrəvana növbəti xəbərdarlıq
-
Nida Xəbər 12:27Əli Əsədov onu vəzifədən azad etdi
-
Dünya12:12AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq















.jpg)









.jpg)


.jpg)




.png)




