İdman
Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkada "Orxus" və “Sabah” komandaları arasında ilk oyun başa çatıb.
Publika.az xəbər verir ki, "Randers" stadionunda keçirilən qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Orxus"un qollarını Ceyms Boqere vurub. Azərbaycan təmsilçisinin yeganə qoluna isə Velko Simiç imza atıb.
Komandalar arasında cavab matçı avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq.
***
"Orhus" - "Sabah" oyunu başladı.
***
"Sabah" klubu yaydığı məlumatda oyunun saat 21:10-da başlanacağını bildirib.
***
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orxus" (Danimarka) - "Sabah" oyunu nəzərdə tutulan vaxtdan yarım saat sonra - 21:00-da başlayacaq.
Bu barədə Publika.az-a Bakı klubundan məlumat verilib.
Buna səbəb Orxus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları gətirən avtobusların yubanmasıdır.
Məlumat üçün "Orxus" klubunun ev oyunlarını keçirdiyi stadion yenidən qurulduğundan avrokubok oyunlarını "Randers" stadionunda keçirilir.
***
UEFA Çempionlar Liqasının III tənsifat mərhələsinin ilk görüşündə üz-üzə gələcək Danimarkanın "Orhus" və "Sabah" kollektivlərinin start heyətləri bəlli olub.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Orhus": Mads Kristiansen, Kolin Ryosler, Frederik Tinqaqer, Erik Kal, Mikael Anderson, Maqnus Knudsen, Yens Yonsson, Frederik Emmeri, Tobias Bek, Ceyms Boqere, Kristian Arnstad (K)
"Sabah": Stas Pokatilov (K), Rəhman Daşdəmirov, Stiv Solvet, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris
Qeyd edək ki, "Orhus" - "Sabah" görüşü bu gün saat 20:30-da Ranners stadionunda start götürəcək.
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq
-
Rəsmi xronika10:22İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
İdman09:48Bu iki nəfər aeroportda Ronaldonun qarşısını kəsib, onu inandırmağa çalışıblar ki...
-
Sosial09:36Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq


















.jpg)

.jpg)














