İdman
Məhkəmə qəti qərar verdi: onun ölümündə komanda yoldaşı günahkardır
Astana Cinayət Kassasiya Məhkəməsi “Torpedo Ust-Kamenoqorsk” komandasının qapıçısı İvan Pılenokun ölümü ilə bağlı səs-küylü iş üzrə yekun qərar çıxarıb.
19 yaşlı qapıçı komanda yoldaşı ilə mübahisə etdikdən sonra ölmüşdü.
Publika.az xəbər verir ki, regional məhkəmə idmançının keçmiş komanda yoldaşı Andrey Laqunovu səhlənkarlıqdan ölümə səbəb olmaqda təqsirli bilib. O, üç il doqquz ay müddətinə azadlıqdan məhrum edilib və mərhumun valideynlərinə mənəvi ziyana görə 20 milyon tenge təzminat ödəməli olacaq.
Hər iki tərəf hökmdən apelyasiya şikayəti verib: İvan Pılenkonun valideynləri cəzanın yeddi ilə qədər artırılmasını, Laqunovun müdafiə tərəfi isə yüngül cəzanın verilməsini istəyib.
Kassasiya məhkəməsi hökmü qüvvədə saxlayıb və beləliklə, məhkəmə prosesi başa çatıb.
Faciə 2 avqust 2024-cü ildə Aleksandrov İdman Sarayının dəhlizində baş verib. “Torpedo” gənclər komandasının qapıçısı İvan Pılenko qəfildən özünü pis hiss edib. Ona ilk tibbi yardım göstərilib və təcili yardım çağırılıb. Klubun rəsmi açıqlamasına görə, görülən bütün tədbirlərə baxmayaraq, idmançı xəstəxanada ölüb.
Daha sonra sosial mediada paylaşılan bir videoda İvanın huşunu itirməzdən bir müddət əvvəl “Torpedo”nun əsas heyətinin hücumçusu Andrey Laqunovla münaqişəsi olduğu göstərilib. Mərhumun valideynləri oğullarının ölümündə hücumçunu günahlandırıblar.
İstintaqdan sonra məhkəmə Laqunovun ölümünün səhlənkarlıqdan qaynaqlandığı qənaətinə gəlib. Lakin iş materiallarında xokkeyçinin qəsdən zərər vurmaq niyyətində olduğuna dair heç bir dəlil yoxdur.
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq
-
Rəsmi xronika10:22İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
İdman09:48Bu iki nəfər aeroportda Ronaldonun qarşısını kəsib, onu inandırmağa çalışıblar ki...
-
Sosial09:36Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq


















.jpg)

.jpg)














