İdman
Bayraqsız və himnsiz – DÇ-də rusların statusu bəlli oldu
Rusiya və Belarus idmançıları 2026-cı il Dünya Bədii Gimnastika Çempionatında neytral idmançılar kimi – dövlət bayraqları, himnləri və ya digər milli simvollar olmadan yarışacaqlar.
Publika.az xəbər verir ki, bu barədə Almaniya Gimnastika Federasiyasının mətbuat katibi Torsten Hartmann məlumat verib.
Onun sözlərinə görə, Rusiya və Belarus idmançılarının iştirakı Dünya Gimnastikası qaydalarına uyğun olaraq keçiriləcək. Mükafatlandırma mərasimlərində dövlət bayraqları əvəzinə Beynəlxalq Gimnastika Federasiyasının bayrağı istifadə olunacaq.
Hartman qeyd edib ki, bu status Dünya Gimnastikası, Almaniya Gimnastika İttifaqı və Almaniya federal hökuməti ilə razılaşdırılıb. Müvafiq qərar artıq Rusiya və Belarus hakimiyyət orqanlarına çatdırılıb.
Xatırladaq ki, may ayında Dünya Gimnastika Federasiyası Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakına qoyulan məhdudiyyətləri aradan qaldırdı. Lakin ev sahibi ölkə onların Dünya Çempionatında yalnız neytral kimi iştirak etmələrində israr etdi.
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq
-
Rəsmi xronika10:22İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
İdman09:48Bu iki nəfər aeroportda Ronaldonun qarşısını kəsib, onu inandırmağa çalışıblar ki...
-
Sosial09:36Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq
-
Magazin100:27Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - Video
-
İdman30 Sentyabr 22:32Ronaldo millinin düşərgəsini tərk etdi, Madridə getdi - Onunla mübahisə edib?










.webp)








.jpg)













