İdman
Bu, “Sabah”la cavab matçında bizə çətinliklər yarada bilər - “Orhus”un futbolçusu
Bakıdakı isti hava “Sabah”la cavab matçında “Orhus”a müəyyən çətinliklər yarada bilər.
Publika.az xəbər verir ki, bunu “Orhus”un futbolçusu Tobias Bek “Sabah”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
O, görüşə qələbə üçün çıxacaqlarını bildirib:
“Hava istidir. Bu, bizim üçün əlavə çətinliklər yarada bilər. Fikrimcə, cavab matçında daha yaxşı çıxış etməliyik ki, növbəti mərhələyə çıxaq. Rəqibə pressinq etməliyik. Xırda düzəlişlər olmalıdır. Danimarka çempionatında bir neçə günlük fasilə oldu. Düşünürəm ki, bu, oyuna hazırlaşmaq üçün faydalı idi. Sabahkı matçda qələbə qazansaq, ən azı Avropa Liqasının pley-off mərhələsinə düşəcəyik. Bu, komandamız üçün tarixi bir nəticə olar. Bu, mənim üçün çox böyük uğurdur. Amma Çempionlar Liqasında əsas mərhələyə yüksəlməyə çalışırıq. Bu da çox böyük uğur olacaq”.
Futbolçu Azərbaycan çempionunun oyununa da toxunub:
“Sabah”ın oyunu bizi təəccübləndirmədi. Çünki rəqiblərini qabaqlayaraq ölkə çempionu olub”.
Qeyd edək ki, “Sabah” – “Orhus” matçı avqustun 11-də, saat 20:00-da “Bank Respublika Arena”da start götürəcək. İlk matçda Danimarka təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq
-
Magazin100:27Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - Video
-
İdman30 Sentyabr 22:32Ronaldo millinin düşərgəsini tərk etdi, Madridə getdi - Onunla mübahisə edib?
-
Dünya30 Sentyabr 21:39Terror cəhdi: Pilot təyyarəni qəsdən qəzaya uğratmaq istəyib - Yeni detalllar
-
Sosial30 Sentyabr 19:00Limit 20 mindən 50 minə qaldırıldı: Gələn ildən... - Yeniləndi
-
Ekologiya30 Sentyabr 18:10Oktyabrın ilk günlərində leysan olacaq - Xəbərdarlıq
-
Nida Xəbər 30 Sentyabr 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq30 Sentyabr 13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı








.webp)
.webp)










.jpg)














