İdman
Azərbaycanda futbol matçlarında su fasiləsinin müddəti və qaydası dəyişdirildi
Azərbaycanda futbol matçlarında tətbiq edilən su fasiləsinin müddəti 1 dəqiqəyə endirilib və verilmə qaydası dəyişdirilib.
Publika.az xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov deyib.
O, bundan sonra qərarın hakimlər tərəfindən deyil, oyun öncəsi AFFA nümayəndəsi tərəfindən veriləcəyini bildirib. Belə ki, oyundan öncə AFFA nümayəndəsi hər iki komandaya fasilədən istifadə olunacağı barədə məlumat verməlidir. Yalnız bundan sonra 1 dəqiqəlik su fasiləsi elan olunacaq.
Komitə sədri fasilənin hava şəraitindən asılı olaraq müəyyənləşdirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə normalda havanın temperaturu 32 dərəcəyə çatdıqda su fasiləsi verilir. Lakin avqustda Bakıda 30 dərəcə istidə rütubətlilik yüksək olduğu üçün AFFA nümayəndələri lüzum görərsə, su fasiləsi barədə qərar verə bilərlər.
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq
-
Magazin100:27Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - Video
-
İdman30 Sentyabr 22:32Ronaldo millinin düşərgəsini tərk etdi, Madridə getdi - Onunla mübahisə edib?
-
Dünya30 Sentyabr 21:39Terror cəhdi: Pilot təyyarəni qəsdən qəzaya uğratmaq istəyib - Yeni detalllar
-
Sosial30 Sentyabr 19:00Limit 20 mindən 50 minə qaldırıldı: Gələn ildən... - Yeniləndi
-
Ekologiya30 Sentyabr 18:10Oktyabrın ilk günlərində leysan olacaq - Xəbərdarlıq
-
Nida Xəbər 30 Sentyabr 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq30 Sentyabr 13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı








.webp)
.webp)








.jpg)














