İdman
Üç güləşçimiz dünya çempionatının yarımfinalına yüksəldi
Azərbaycanın 3 güləşçisi U-20 dünya çempionatının yarımfinalına yüksəlib.
Publika.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımfinala vəsiqə qazananlardan 2-si yunan-Roma, 1-i isə qadın güləşçisidir.
Yunan-roma güləşçisi Ayxan Cavadov (60 kq) fransalı Maqomed Varayevə (9:0) və braziliyalı Pedro Enrike de Souza Rodriqesə (6:2) qalib gələrək yarımfinala adlayıb. O, bu mərhələdə iranlı Əmirəli Heydəri ilə üz-üzə gələcək.
Digər yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) gürcüstanlı Luka Pipiya (8:0), yaponiyalı Rondo Kodama (8:0) və özbəkistanlı Bekmurod Rustamovu (1:1 - ilk xal prinsipi) üstələyərək yarımfinala yüksəlib. İdmançının növbəti rəqibi belaruslu Kiril Valevski olacaq.
Qadın güləşçilərin mübarizəsində Zəhra Kərimzadə (53 kq) türkiyəli İlayda Çini "tuş"la məğlub edərək yarımfinala yüksəlib. O, finala gedən yolda hindistanlı Tanu Şarma ilə qarşılaşacaq.
Esra Məmmədli (72 kq) isə təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızıya məğlub olub (1:7).
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da, medallar uğrunda görüşlər isə 20:00-da başlayacaq.
-
İdman22:32Ronaldo millinin düşərgəsini tərk etdi, Madridə getdi - Onunla mübahisə edib?
-
Dünya21:39Terror cəhdi: Pilot təyyarəni qəsdən qəzaya uğratmaq istəyib - Yeni detalllar
-
Sosial19:00Limit 20 mindən 50 minə qaldırıldı: Gələn ildən... - Yeniləndi
-
Ekologiya18:10Oktyabrın ilk günlərində leysan olacaq - Xəbərdarlıq
-
Nida Xəbər 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı
-
Nida Xəbər 12:33Azərbaycan və İordaniya arasında viza rejimi aradan qaldırılır
-
Nida Xəbər 12:18Deputat ailələr üçün tələb irəli sürdü: Mənzil, bağça, təhsil və...






.webp)













.jpg)





.jpg)








