İdman
Acun Ilıcalı məhkəmədə “Fənərbağça”ya qalib gəldi
“Fənərbağça”nın keçmiş vitse-prezidenti Acun Ilıcalı ilə klub prezidenti Aziz Yıldırım arasında yaranan loja qalmaqalında yeni qərar verilib.
Publika.az xəbər verir ki, Ilıcalının “Chobani” stadionunda istifadə etdiyi lojanın müqaviləsi mövsümün əvvəlində ləğv edilmişdi. Klub rəhbərliyi həmin lojadan bundan sonra “Prezident lojası” kimi istifadə etməyi planlaşdırırdı.
Ilıcalı isə müqaviləyə xitam verilməsinin hüquqi əsasının olmadığını bildirərək məhkəməyə müraciət etmişdi. Onun sözlərinə görə, lojaya görə ödənişi kluba dəstək məqsədilə 3 il əvvəlcədən həyata keçirilib.
Aziz Yıldırım isə məsələ ilə bağlı açıqlamasında lojadan şəxsi məqsədlə deyil, “Fənərbağça” prezidentlərinin istifadəsi üçün yararlanılmalı olduğunu müdafiə etmişdi.
Məhkəmə avqustun 19-da Ilıcalının lehinə qərar çıxarıb. Qərara əsasən, loja Acun Ilıcalıya qaytarılmalıdır.
Bundan əlavə, 2026-2027 futbol mövsümünün sonuna qədər həmin lojaya dair üçüncü şəxslərə satış və ya devrin həyata keçirilməsi də müvəqqəti qadağan edilib. Beləliklə, təxminən bir aydır davam edən loja mübahisəsində hazırkı mərhələdə Acun Ilıcalı hüquqi üstünlük əldə edib.
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
-
Dünya07:35Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?
-
ABŞ06:16ABŞ Yaxın Şərqə daha bir nəhəng hərbi qüvvə göndərdi - İrana qarşı yeni plan işə düşür?
-
Avropa05:45Avropaya üz tutan miqrantlar Afrikaya göndəriləcək - Beş ölkədən qərar
-
Ekologiya03:44Noyabrın sonunadək Bakıda hava necə olacaq? - Xəbərdarlıq
-
ABŞ02:19ABŞ banklarında kütləvi nasazlıq yaşanır - Gözlənilən “rəqəmsal qiyamət” başladı?
-
Region16 Noyabr 22:32Tehranda HHM sistemləri işə düşdü: Atəş səsləri eşidildi - Nə baş verir?
-
Sosial16 Noyabr 19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar








.webp)
























.jpg)