İdman
De la Fuentedən futbolçulara mesaj: İspaniyanın paltardəyişmə otağında nə baş verdi?
İspaniya millisinin İngiltərəyə məğlubiyyəti komandanın 43 matçlıq məğlubiyyətsizlik seriyasına son qoysa da, baş məşqçi Luis de la Fuente bu nəticənin futbolçuların psixoloji durumuna mənfi təsir göstərməsinə imkan verməyib. O, məğlubiyyətdən sonra paltardəyişmə otağında futbolçularına ruhlandırıcı çıxış edərək komandanın qazandığı uğurları xatırladıb.
Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “Sport” nəşri məlumat yayıb.
Məlumata görə, De la Fuente “Metropolitano” stadionunda İngiltərəyə qarşı keçirilən oyundan sonra futbolçularını tuneldə bir-bir qucaqlayıb. Daha sonra paltardəyişmə otağında onlara üzülməməyə çağırıb.
Baş məşqçi futbolçulara son illərdə əldə etdikləri nailiyyətlərin təsadüfi olmadığını xatırladıb. O, 43 oyun davam edən məğlubiyyətsizlik seriyasının tarixi nəticə olduğunu vurğulayaraq, bu uğuru yenidən təkrarlamağın mümkünlüyünü bildirib.
“Əldə etdikləriniz tarixi nailiyyətdir. Görək, bunu yenidən təkrarlaya biləcəyikmi”, – deyə De la Fuente futbolçularına müraciət edib.
O, həmçinin komandanın qazandığı titulları xatırladıb: Millətlər Liqası, dünya çempionluğu və Avropa çempionluğu. Baş məşqçi Lamine Yamalın və digər istedadlı futbolçuların komandada olmasını böyük üstünlük kimi qiymətləndirib.
Nəşrin yazdığına görə, İspaniya millisinin düşərgəsində son toplanış asan keçməyib. Futbolçular Çempionlar Liqası və İspaniya çempionatındakı gərgin oyun qrafiki səbəbindən fiziki baxımdan yorğun olublar. Bu vəziyyət Çexiya ilə qarşılaşmada da özünü göstərib, İngiltərə ilə oyunda isə komanda eyni problemlə üzləşib.
Bununla belə, 43 matçlıq seriyanın başa çatması İspaniya millisinin üzərindəki rekord təzyiqini də aradan qaldırıb. Artıq komanda bu göstəricini qorumaq məcburiyyətində deyil və qarşıdakı oyunlara daha sərbəst yanaşa bilər.
Qeyd edək ki, İspaniya millisi qarşıdakı dövrdə yenidən titul qazanmağı hədəfləyir. Futbolçular 2028-ci il Avropa çempionatının seçmə mərhələsinə qədər 2023-cü ildə Niderlandda qazandıqları Millətlər Liqası kubokunu yenidən əldə etmək niyyətindədirlər.
-
Ekologiya03:44Noyabrın sonunadək Bakıda hava necə olacaq? - Xəbərdarlıq
-
ABŞ02:19ABŞ banklarında kütləvi nasazlıq yaşanır - Gözlənilən “rəqəmsal qiyamət” başladı?
-
Region16 Noyabr 22:32Tehranda HHM sistemləri işə düşdü: Atəş səsləri eşidildi - Nə baş verir?
-
Sosial16 Noyabr 19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 16 Noyabr 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 16 Noyabr 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya16 Noyabr 15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 16 Noyabr 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI






.webp)






.jpg)






















.jpg)