İdman
Kadi Konfrans Liqasında rekorda imza atıb
“Qarabağ”ın futbolçusu Kadi Borges Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri olub.
Publika.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, braziliyalı yarımmüdafiəçi turnirdə 6-cı qolunu vurmaqla bu nəticəyə nail olub.
O, turnirin pley-off mərhələsinin “Tvente” ilə Niderlanddakı görüşündə (1:0) fərqlənib.
Bununla da, Borges UEFA Konfrans Liqasında “Qarabağ”ın heyətində keçirdiyi 17 matçda 6-cı qolunu vurub. Onun əvvəlki 5 qolu 2021/2022 mövsümünə təsadüf edib. Yarımmüdafiəçi həmin vaxt 3-cü təsnifat mərhələsində Kiprin AEL (1:0) və pley-offda Şotlandiyanın “Aberdin” (3:1) komandalarına 1, qrup mərhələsində Kipr “Omoniya”sına (4:1) 2, pley-offda isə Fransanın “Marsel” (1:3) klubuna 1 qol vurub.
Bunadək Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına 3 şərik var idi. Kadidən başqa bunu bacaran futbolçulardan Coy-Lens Mikels “Sabah”ın, Rafael Utziq isə “Qəbələ” və “Zirə”nin heyətində 5 qol vurublar.
Kadi Borges “Qarabağ”ın heyətində avrokuboklarda ümumi qol sayını 11-ə çatdırıb.
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto































