İdman
Benzema “Əl-Hilal”dan rəsmən ayrıldı
Səudiyyə Ərəbistanının “Əl – Hilal” klubu hücumçu Kərim Benzema ilə müqavilənin qarşılıqlı razılıq əsasında ləğv olunduğunu elan edib.
Publika.az xəbər verir ki, 38 yaşlı fransız hücumçu azad agent statusu alıb. “Əl – Hilal” Benzemaya komandanın inkişafına verdiyi töhfəyə, eləcə də meydanda və meydandan kənarda nümayiş etdirdiyi peşəkarlığa, sədaqətə və liderlik keyfiyyətlərinə görə minnətdarlığını bildirir.
“Klub Kərim Benzemaya “Əl-Hilal”da keçirdiyi vaxta görə səmimi təşəkkürünü bildirir və ona karyerasının növbəti mərhələsində uğurlar arzulayır”, – deyə “Əl-Hilal”ın rəsmi saytında yer alan açıqlamada deyilir.
Benzema 2026-cı ilin fevral ayında “Əl – Hilal”a qoşulub. O, komandada 16 oyunda meydana çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
Benzema 2023-cü ilin yayından bəri Səudiyyə Ərəbistanının digər klubu olan “Əl-İttihad”da çıxış edib.
2022-ci ildə Benzema “Qızıl top” mükafatını qazanıb.
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi















.jpg)
.jpg)


















