İdman
İkardi ilə bağlı yeni xəbər: Əsas seçim bu komanda olacaq
Mauro İkardi Seriya A-ya qayıda bilər, argentinalı oyunçu üçün “Latsio” seçim olaraq qalır.
Publika.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.
Azad agent olan hücumçu bir neçə klubun təkliflərini nəzərdən keçirir və yenidən İtaliyada oynamaq istəyir. “Latsio” İkardiyə 2028-ci ilə qədər müqavilə təklif edib, lakin o, hələ seçim etməyib. Argentinalı futbolçu əvvəllər iki İtaliya klubunda – “Sampdoriya” və “İnter”də oynayıb.
Oyunçunun agenti Letterio Pino təsdiqləyib ki, “Latsio” ilə maraqlanmaqda davam edir və təklif nəzərdən keçirilir. O bildirib ki, Roma cəlbedici şəhərdir və azarkeşlərin güclü dəstəyi var, ona görə də Roma klubu variantı ciddi şəkildə müzakirə olunur. İkardi qərar verərkən ilk növbədə maliyyə aspektini deyil, layihənin həyat prioritetlərinə və rahatlığına uyğunluğunu nəzərə alır.
İkardi “Qalatasaray”la müqaviləsi 1 iyulda başa çatdıqdan sonra azad agent statusu alıb. O, 2023-cü ildə “Qalatasaray”a qoşulub və dörd Türkiyə çempionluğu, bir Türkiyə Kuboku və bir Türkiyə Super Kubokunu qazanıb. Klubun heyətində 134 oyunda 77 qol vurub və 25 məhsuldar ötürmə edib.
-
Rəsmi xronika09:40İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanladı
-
Sosial09:30Bakının bu ərazisində evlər söküləcək - VİDEO
-
ABŞ09:00ABŞ nüvə sualtı qayığı ilə bağlı yeni qərar verdi
-
Avropa08:36Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
-
Avropa07:47Bu adada 8,5 milyon illik kərgədan kəlləsi tapıldı
-
Magazin106:16Nübar bu kanalda çalışacaq
-
Art05:45Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Avropa05:15Ukraynanın dövlət borcu yeni rekord həddə çatdı





































