İdman
Maaşsız oynamağa hazır olsa da, ərəblər buraxmır
“Lion” rəhbərliyi akademiya məzunu Kərim Benzemanı bu yay kluba qaytarmağı düşünüb.
Publika.az xəbər verir ki, “L’Équipe” qəzetinin məlumatına görə, 38 yaşlı hücumçu mövsümü doğma klubunda keçirmək təklifindən həyəcanlanıb və maaş almadan oynamağa hazırdır.
Lakin Benzemanın Səudiyyə Ərəbistanı Peşəkar Liqası ilə hazırkı müqaviləsi səbəbindən transfer baş tutmayıb. “Əl-Hilal” ilə müqaviləsinin ləğv olunmasına baxmayaraq, oyunçu 2030-cu ilə qədər Səudiyyə Ərəbistanı liqasının səfiri olaraq qalır və müqavilə öhdəliklərini yerinə yetirmək niyyətindədir.
Benzema 2009-cu ildə “Lion”dan ayrılıb və daha sonra “Real Madrid” ə keçib. O, Madrid klubu ilə beş dəfə Çempionlar Liqasını və 2022-ci ildə “Qızıl top”u qazanıb.
-
Sosial15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm





































