İdman
Rusiya məşhur tennisçinin Kiyevdəki klubunu bombaladı
Ukraynalı tennisçi Yelena Svitolina Rusiyanın hücumu nəticəsində Kiyevdə özünə məxsus olan “SVITO Padel Cklub”a dəyən ziyana reaksiya verib.
Publika.az xəbər verir ki, Svitolina “İnstaqram”da paylaşım edərək Ukrayna idmanının Rusiyanın təcavüzü səbəbindən ciddi itkilərə məruz qaldığını vurğulayıb.
“Bu günə qədər Rusiyanın təcavüzü nəticəsində 776 ukraynalı idmançı və idman xadimi həlak olub. Ukraynada 942 idman qurğusu zədələnib və ya tamamilə dağıdılıb. Bu gün mənim klubum “SVITO PADEL” də onlardan biridir”.
Tennisçi Ukrayna idmançıları üçün digər ölkələrdən olan idmançılarla müqayisədə qeyri-bərabər məşq şəraitini vurğulayıb.
Yelena qeyd edib ki, “Ukraynalı idmançıların digər ölkələrin idmançıları ilə bərabər şərtlərlə beynəlxalq yarışlara hazırlaşmaq və məşq etmək imkanı yoxdur”.
Tennisçi həmçinin beynəlxalq tərəfdaşları Rusiyaya qarşı mübarizədə konkret tədbirlər görməyə çağırıb.
Svitolina yazıb: “Bu mesajla bizi dəstəkləyən beynəlxalq tərəfdaşlarımıza və dostlarımıza – beynəlxalq səhnədə yarışan ukraynalı idmançılara – müraciət etmək və sizdən dəstəyinizi və təcavüzkarı dayandırmağa kömək edə biləcək konkret tədbirlər görməyi xahiş etmək istəyirəm”.
Müəllif: Tural
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı

















.jpg)

















